AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"Human Rights Watch" BMT ölkələrini İranın heyətini məsuliyyətə cəlb etməyə çağırıb

17:15, 15 Sentyabr 2023 👁 Oxunub: 20

“Human Rights Watch” BMT-yə üzv ölkələrin nümayəndələrini qurumun Baş Assambleyasında iranlı həmkarları ilə etirazçıların “şiddətli repressiyaları”nı müzakirə etməyə çağırıb.

Avaz.Biz xəbər verir ki, "Human Rights Watch" təşkilatı yaydığı yeni bəyanatda BMT-yə üzv dövlətlərin nümayəndələrinə fəalları, sənətçiləri, alimləri, hüquqşünasları, tələbələri, ölənlərin ailələrini, vətəndaş cəmiyyəti üzvlərini və “zülmə qarşı davamlı müqaviməti üçün çox ağır bədəl ödəyənlərin hamısını” müzakirələr zamanı dəstəkləməyi tövsiyə edib. “İran hakimiyyəti müxalifətə məhdudiyyətlər qoymaqla hakimiyyətin qadınlara sistematik təzyiqi, ədalətsizliyi və cəzasızlığının simvoluna çevrilmiş Məhsa Əmininin həbsdə ölümünün anılmasının qarşısını almağa çalışır. Ancaq İran hakimiyyəti repressiyaları və ümidsizliyi artıraraq, əsaslı dəyişikliklər üçün daha yüksək səslə qışqırmaqla İran cəmiyyətindəki müqaviməti və həmrəyliyi məhv edə bilməz”, - bəyanatda deyilir. Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası sentyabrın 18-də Nyu-Yorkda başlayacaq və bir həftə davam edəcək. Verilən açqılamalara görə, sessiyada iştirak etmək üçün İran Prezidenti İbrahim Rəisi ABŞ-ə səfər edəcək. Avaz.Biz