AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Aİ İrana qarşı sanksiyaları genişləndirib

18:10, 15 Sentyabr 2023 👁 Oxunub: 34

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı sanksiyaları genişləndirib.

Avaz.Bizxəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məqalədə deyilir. Bildirilib ki, İranın 6 təşkilatı və 4 fiziki şəxsi sanksiya siyahısına daxil edilib. Xüsusilə, İranın müxtəlif bölgələrindəki həbsxanalara, eləcə də bu ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələrinə qarşı sanksiya qüvvəyə minib. Daha əvvəl Aİ, Böyük Britaniya, ABŞ, eləcə də bir sıra digər ölkələr dəfələrlə İranı insan hüquqlarını pozmaqda ittiham edib və bu ittihamlarla əlaqədar ölkəyə qarşı sanksiyalar tətbiq ediblər. Aİ-nin İrana qarşı yeni sanksiyaları 22 yaşlı Məhsa Əmininin ölümünün ildönümünə təsadüf edir. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 16-da İranda iğtişaşlara səbəb olmuşdu. Avaz.Biz