AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Güney Azərbaycanda aksiya: "Ləyaqətsiz nazir, utan!" - VİDEO

09:22, 16 Sentyabr 2023 👁 Oxunub: 25

Zəncan əyalətində rabitə idarəsində çalışmış bir qrup təqaüdçü hökumətin onların qanuni tələblərini nəzərə almamasına və laqeyd yanaşmasına qarşı etiraz aksiyası təşkil edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Aksiya keçirənlər Zəncan Telekommunikasiya Şirkətinin binası qarşısına toplaşaraq hökumətin biganəliyinə “13 illik zülmə son qoyulsun” başlıqlı plakat hazırlayaraq etiraz şüarları səsləndiriblər: “Ləyaqətsiz nazir, utan, utan”, “Bacarıqsız nazir, utan, utan!”