Avaz.Biz xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Sanksiya siyahısına insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak edən altı nəfər daxildir”, - bəyanatda bildirilir. Bunlara, xüsusən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) nümayəndələri daxildir.
Qeyd olunur ki, bu, 2022-ci ilin oktyabrından İran rəsmilərinə qarşı 14-cü sanksiyalar paketidir. Məhdudiyyətlərə ümumilikdə 135 nəfər məruz qalıb.
Siyahıdakı İran vətəndaşlarının Şimali Amerika ölkəsinə girişi qadağan edilib və onların Kanadadakı mümkün bank hesabları dondurulub.
Avaz.Biz