AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Bayden: Amerika hələ də İran xalqının yanında olmağa sadiqdir

14:00, 16 Sentyabr 2023 👁 Oxunub: 98

"Məhsa tarixi “Qadınlar, Həyat, Azadlıq” hərəkatının ilham mənbəyi oldu. İrana və bütün dünyada yorulmadan gender bərabərliyini və insan hüquqlarına hörməti müdafiə edən insanlara təsir göstərdi".

Avaz.Biz xəbər verir ki, ABŞ prezidenti Co Bayden Məhsa Əmininin vəfatının ildönümü ilə bağlı bəyanatında Amerika xalqının öz müttəfiqləri ilə birlikdə istibdadçı rejimə qarşı çıxan iranlıların yanında olduğunu bildirib. “Keçən il şahidi olduğumuz kimi, Məhsanın hekayəsi onun vəhşicəsinə ölümü ilə bitmədi. Davamlı zülm və zorakılıq qarşısında İran vətəndaşları hələ də bu hərəkata və azad, demokratik gələcək uğrunda mübarizələrinə sadiqdirlər. İranlılar öz ölkələrinin taleyini təkbaşına təyin edəcəklər, lakin ABŞ onların yanında olmağa sadiqdir. Bu gün biz Məhsanın ürəkağrıdan ölümünü xatırlayaraq, onun missiyasına əməl edən cəsur İran xalqına sadiqliyimizi bir daha təsdiq edirik. Onlar öz möhkəmlikləri və qətiyyətləri ilə dünyanı ruhlandırırlar. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə onların yanındayıq”, - Bayden deyib. Bəyanatda Vaşinqtonun digər məsələlərlə yanaşı iranlıların öz gələcəklərini müdafiə etmək qabiliyyətini dəstəkləmək üçün indidən sonra da lazımi dəstəyi verəcəyi vurğulanır. Avaz.Biz