AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın bir qrup vətəndaşı və qurumları ABŞ-nin  sanksiyalar siyahısına salınıb

14:25, 16 Sentyabr 2023 👁 Oxunub: 23

Məhsa Əmininin ölüm ildönümü ərəfəsində ABŞ SEPAH-la əlaqəli 24 nəfərə, üç hökumət mediasına və bir internet şirkətinə sanksiya tətbiq edib. Onlar İran xalqına qarşı repressiyaların həyata keçirilməsində və bu siyasətin dəstəklənməsində günahlandırılırlar.

Avaz.Biz ABŞ Xəzinədarlıq Departamentinin yaydığı məlumata istinadən bildirir ki, İran hökumət yayımları ilə əlaqəli “Fars” və “Təsnim” xəbər agentlikləri, SEPAH-a yaxın olan “Press TV” və filtr kəsicilərin bloklanmasında iştirak edən "RASMİO" şirkəti Vaşinqtonun qara siyahısına əlavə olunub. Yeni sanksiyalara həmçinin bir sıra yüksək vəzifəli SEPAH məmuru, polis qüvvələrinin, məhkəmə sisteminin, “Duran” internet şirkətinin yüksək vəzifəli əməkdaşları, "Fars" və "Təsnim" xəbər agentliklərinin baş direktorları daxildir. “Məhsa Əmininin öldürülməsindən sonra İran rejimi tərəfindən ümummilli etirazların zorakılıqla yatırılması ilə əlaqədar Böyük Britaniya, Avstraliya və Kanada da daxil olmaqla xarici tərəfdaşlar tərəfindən koordinasiya edilən bu sanksiyalar rejimin təhlükəsizlik qüvvələrinin əsas üzvlərini, SEPAH, polis qüvvələri, İran həbsxana təşkilatının rəhbərini, həmçinin rejimə qarşı sistemli senzura və internetə çıxışın bloklanması ilə bağlı üç fiziki şəxs və bir şirkəti əhatə edir”, - bəyanatda deyilir. Bundan bir neçə saat əvvəl isə Böyük Britaniya da insan haqlarını pozduğuna görə İranın bəzi rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. Avaz.Biz