AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

ABŞ: İran hələ Məhsanın ölümü ilə bağlı orijinal araşdırma aparmayıb

16:05, 16 Sentyabr 2023 👁 Oxunub: 20

Məhsanın qısa ömrünə baxmayaraq, onun cəsarəti İran hökumətinin misli görünməmiş vəhşiliyinə qarşı müxaliflərin hərəkatına ilham verib.

Avaz.Biz xəbər verir ki, ABŞ-nin BMT-dəki səfiri və nümayəndəsi Linda Tomas Qrinfild Məhsa Əmininin ölümünü ildönümü ərəfəsində belə bəyanatla çıxış edib. “İran hələ də Məhsanın, eləcə də digər etirazçıların həbsdə olarkən ölümü ilə bağlı etibarlı araşdırma aparmayıb. Bu il biz yenə də Kanada, Fransa, Norveç, Böyük Britaniya və Avropa İttifaqına qoşularaq, İranda insan haqlarının ağır vəziyyətini vurğulayan, ədalətə və hesabata çağıran BMT qətnaməsini dəstəkləyəcəyik. Biz qadınlar üçün, həyat üçün və azadlıq üçün mübarizə aparırıq. İran qadınlarının və xalqının yanında olmaq öhdəliyimiz sarsılmayıb və sarsılmayacaq”, - xanım Qrinfild vurğulayıb. O həmçinin BMT-nin faktaraşdırıcı komitəsinin Məhsanın ölümünün ildönümündə etirazçılara, onların ailə üzvlərinə qarşı repressiya və qisas tədbirlərinin gücləndirilməsi ilə bağlı hesabatından narahatlığını bildirərək, İran qarşısında BMT-nin faktaraşdırıcı komitəsinin təhqiqatı ilə tam əməkdaşlıq etməyi, Məhsanın ölümü və dinc nümayişçilərin öldürülməsinin səbəbkarlarını məsuliyyətə cəlb olunması tələbini qoyub. Avaz.Biz