AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Məhbus müəllim etiraz olaraq dərman qəbul etmir

17:00, 16 Sentyabr 2023 👁 Oxunub: 17

Güney Azərbaycanda türk dilində (Azərbaycan dili) təhsil hüququnun müdafiəçisi, həbs edilmiş azərbaycanlı müəllim Cəfər İbrahimi dərman qəbulundan imtina edib.

Avaz.Biz “Azad İran”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Kərəm Veysi bildirib. Vəkil vurğulayıb ki, Cəfər İbrahimi hazırda saxlanıldığı həbsxanaya köçürüldükdən sonra vəhşicəsinə döyülüb: “Fiziki işgəncə nəticəsində aldığı bədən xəsarətləri ilə bağlı tibbi ekspertiza rəy verməkdən imtina edir. Müvəkkilim buna etiraz olaraq dərman qəbul etməyəcəyini bildirib”. Məlumata görə, məhbus müəllim İranın paytaxtı Tehranın yaxınlığında yerləşən Kərəc şəhərindəki Qızılhisar həbsxanasında saxlanılır. Xatırladaq ki, o, ötən il aprelin 30-da “hökumət əleyhinə təbliğat aparmaq”da ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Avaz.Biz