AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Məhsanın ölümünün ildönümündə Əminilər ailəsi ev dustaqlığına məhkum edilib

17:25, 16 Sentyabr 2023 👁 Oxunub: 16

Sentyabrın 16-sı səhər saatlarında təhlükəsizlik işçiləri Məhsanın atası Əmcəd Əminini bir növ “mühasirə” vəziyyətində olan evindən çıxan kimi həbs edərək, Saqqız Kəşfiyyat İdarəsinə təhvil veriblər.

Avaz.Biz xəbər verir ki, Kəşfiyyat İdarəsində Məhsa Əmininin atasına onların qəbir üstünə getməsinə və evi tərk etməyə “ixtiyarı olmadığı” bildirilib. Onlar əvvəlcədən bəyan etdikləri ildönümü mərasiminə qatılmamalıdırlar. Məlumata görə, Əmcəd Əmini dindirildikdən sonra evə qaytarılıb. Bundan əvvəl Əmini ailəsinə yaxın mənbələr Əmcəd Əmininin son iki həftədə dörd dəfə Saqqız Kəşfiyyat İdarəsinə çağırılaraq dindirildiyini söyləyiblər. Onların dediyinə görə, Əmini və ailəsi qızlarının ölümünün ildönümü mərasimini ləğv və mərasimlə bağlı son elanı təkzib etmək üçün şiddətli təzyiqlərə məruz qalıblar. Həmçinin, məlumatlara görə, təhlükəsizlik əməkdaşları Saqqız Aiçi qəbristanlığına gedən yolları bağlayıblar. Bu səhərdən etibarən Aiçi ziyarətgahına getmək niyyətində olanların hamısı geri qaytarılacaq. Avaz.Biz