Avaz.Biz xəbər verir ki, Kasparov öz "X" hesabında etdiyi paylaşımda “Ya qaniçən diktaturaların yanındasan, ya da onlara qarşı duracaqsan. İkincisini edirmiş kimi davranın, birincini etmək ağır nəticələr verəcək olacaq ikiüzlülükdür” ifadəsini işlədib.
Bundan əlavə, İran hökumətinə müxalif siyasi fəal Məsih Əlinejad Məhsa Əmininin vəfatının ildönümü ərəfəsində İranın altı milyard əmlakının sərbəst buraxılmasını və BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün İbrahim Rəisiyə viza verilməsini tənqid edib.
Analoji tənqidlə çıxış edən Şahzadə Rza Pəhləvi də İranla sövdələşməni “səhv addım” kimi qiymətləndirib.
Avaz.Biz