Bir il ərzində İran xalqının ödədiyi ağır bədəllər: qətl, repressiya, həbs, işgəncə və cinayətin, şərəfsiz hərbçilərin itirilmiş legitimliyini bərpa edə bilməyəcəyini görən hökumət üçün daha ağır nəticələrə səbəb oldu.
Avaz.Biz xəbər verir ki, hüquq müdafiəçisi və "Nobel" Sülh mükafatı laureatı Şirin Ebadi bu sözlərlə "İnstaqram" səhifəsində Məhsa Əmininin vəfatının ildönümü münasibətilə paylaşım edib.
“Sentyabrın 16-dan etibarən hər gün ildönümüdür. Repressiyanın gücü heç vaxt bu qədər ziyan və təzyiq qarşısında qürurunu qoruyub saxlayan, “Qadın, Həyat, Azadlıq” şüarını yaşadan xalqın şücaətindən böyük ola bilməz. Bu, müqayisə oluna bilməz. Məhsanın adı artıq İran inqilabının koduna çevrilib. Bu günlərdə xaricdəki müxalifətin vəzifəsi bir il ərzində ölkə daxilində xalqın cəsarəti qarşısında baş əyməkdən başqa bir şey deyil və onlar ixtilaflara nağara çalmaq əvəzinə İran daxilində xalqın səsi olmalıdırlar”, - Ebadi deyib.
Avaz.Biz