Avaz.Biz aktrisanın bacısı Tənnaz Təvəssülinin yaydığı məlumata istinadən xəbər verir ki, Haniyə Təvəssüli sentyabrın 16-da axşam saatlarında evinə girərkən bir neçə məmur tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Şənbə günü Haniyə Məhsa Əmininin vəfatının ildönümü ilə bağlı "İnstaqram"da paylaşım edərək, mərhuməni əfsanə kimi xatırladıb.
“Sükut... şəkil çox şey deyir. Bu onun son gülüşüdür. Son foto. Məsumluq, gənclik, gözəllik və saf qan. Bir əfsanə yarandı, Məhsa əbədidir”, - aktrisa yazıb.
Aktrisanın həbsindən bir neçə saat sonra onun "İnstaqram"dakı səhifəsi bağlanıb. Onun hansı qurum tərəfində saxlanıldığı hələlik məlum deyil və heç bir rəsmi mənbə də bu xəbərə münasibət bildirməyib.
Avaz.Biz