AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranlı aktrisa zamin qarşılığında azadlığa çıxıb

12:45, 18 Sentyabr 2023 👁 Oxunub: 114

Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş İranlı aktrisa Haniyə Təvəssüli girov qarşılığında zaminə buraxılıb.

Avaz.Biz aktrisanın bacısı Tənnaz Təvəssülinin yaydığı məlumata istinadən xəbər verir ki, Haniyə Təvəssüli sentyabrın 16-da axşam saatlarında evinə girərkən bir neçə məmur tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Şənbə günü Haniyə Məhsa Əmininin vəfatının ildönümü ilə bağlı "İnstaqram"da paylaşım edərək, mərhuməni əfsanə kimi xatırladıb. “Sükut... şəkil çox şey deyir. Bu onun son gülüşüdür. Son foto. Məsumluq, gənclik, gözəllik və saf qan. Bir əfsanə yarandı, Məhsa əbədidir”, - aktrisa yazıb. Aktrisanın həbsindən bir neçə saat sonra onun "İnstaqram"dakı səhifəsi bağlanıb. Onun hansı qurum tərəfində saxlanıldığı hələlik məlum deyil və heç bir rəsmi mənbə də bu xəbərə münasibət bildirməyib. Avaz.Biz