AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Qrossi: İran MAQATE-nin bəzi müfəttişlərinin lisenziyasını ləğv edib

13:15, 18 Sentyabr 2023 👁 Oxunub: 20

Tehran MAQATE-nin bir sıra təcrübəli müfəttişlərinin İranın nüvə proqramını yoxlamaq üçün lisenziyalarını ləğv edib.

Avaz.Biz xəbər verir ki, Tehranın bu hərəkətini qətiyyətlə pisləyən Agentliyin baş direktoru Rafael Qrossi müfəttişlərin zənginləşdirmə texnologiyası sahəsində unikal biliyə malik “ən təcrübəli” ekspertlərdən olduqlarını bildirib. Qrossinin iddiasına görə, onlar indiyədək İranın MAQATE-nin mühafizəsi altındakı zənginləşdirmə obyektlərində “əsas yoxlama” ilə məşğul olublar. “İran bu yaxınlarda daha bir təcrübəli MAQATE müfəttişinin lisenziyasını bənzər bir addımla ləğv etmişdi. Beləliklə, Tehran faktiki olaraq İranda təyin edilmiş ən təcrübəli MAQATE müfəttişlərinin əsas qrupunun təxminən üçdə-birinin fəaliyyətini dayandırdı. Tehranın MAQATE müfəttişlərini qəbul etməkdən imtinası qərarı bu beynəlxalq təşkilatın İranın nüvə proqramına dair effektiv yoxlamalar aparmaq qabiliyyətinə birbaşa və ciddi təsir göstərir”, - Qrossi deyib. Bu bəyanatın dərcindən bir saat sonra İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, agentliyin müfəttişlərinin işdən çıxarılmasına səbəb ABŞ-nin və JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 formatı) üzv olan üç Avropa ölkəsinin Qubernatorlar Şurasının məkanından öz “siyasi məqsədləri üçün sui-istifadə etmək” səyləri olub. MAQATE-nin müfəttişlərinin lisenziyasının ləğvi qərarına haqq qazandıran Kənani agentliyin baş direktorunun sərt tənqidinə baxmayaraq, İranın təşkilatla “pozitiv, konstruktiv və davamlı qarşılıqlı əlaqədə” olduğunu, adı çəkilən ölkələrin İranla Agentlik arasında əməkdaşlıq mühitini məhv etməyə cəhd göstərdiyini söyləyib. Avaz.Biz