AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Ali Mədəni İnqilab Şurası: “İşdən çıxarılan professorlar təhsilə xələl gətiriblər”

14:45, 18 Sentyabr 2023 👁 Oxunub: 22

İranda universitetlərin yenidən açılması ərəfəsində İbrahim Rəisinin rəhbərlik etdiyi Ali Mədəni İnqilab Şurası professorların bu yaxınlarda işdən çıxarılmasını dəstəkləyərərək, heç bir dəlil-sübut olmadan onları “təhsil və tədqiqat işini pozmaqda” günahlandırıb.

Avaz.Biz İranın dövlət mediasında dərc olunan bəyanata istinadən xəbər verir ki, fərqli motivlərə malik çox az sayda mühazirəçilər elm ocağında təhsili və tədqiqatı pozan qeyri-akademik davranışların ortaya çıxması ilə ölkənin elmi inkişaf axınına əbəs yerə xələl gətirməyə çalışırlar. Maraqlıdır ki, şura bu professorların hansı “universitetdən kənar davranış” sərgilədiklərini sübuta yetirən dəlillər göstərməyib. Son həftələrdə İranda professorların universitetlərdə kütləvi şəkildə işdən çıxarılması barədə xəbərlər geniş şəkildə işıqlandırılır. Buna qarşı çıxan tələbələrə “təhsildən uzaqlaşdırılma” əmrlərinin verilməsi ilə eyni vaxtda bir sıra ali məktəbin lisenziyaları, İranın müxtəlif universitetlərində tələbə təşkilatları da ləğv edilib. Avaz.Biz