AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Qərbi Azərbaycanda 100-dən çox sosial media fəalı həbs edilib

15:30, 18 Sentyabr 2023 👁 Oxunub: 89

Qərbi Azərbaycan əyalətində 100-dən çox sosial media fəalı həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı Qərbi Azərbaycan əyalətinin polis qüvvələrinin komandiri Rəhim Cəhanbəxşin yerli mediaya müsahibəsinə istinadla xəbər verib. Hüquq-mühafizə orqanının nümayəndəsi bildirib ki, əyalətdə 137 media fəalı müəyyən edilərək həbs olunub. “Onlar bir sıra məzmun, şəkil və video paylaşmaqla ictimai fikri çaşdırmağa çalışıb, bəziləri isə iğtişaşları qızışdırmaq niyyətində olublar”, - deyə o iddia edib. R.Cəhanbəxş onu da bildirib ki, bununla yanaşı “Instaqram”da 52 hesab bağlanıb. Avaz.Biz