AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Etiraz aksiyaları zamanı “şübhəli” ölümlərin statistikası

16:27, 18 Sentyabr 2023 👁 Oxunub: 20

İranda ötənilki etirazlarda dördü uşaq, səkkizi qadın olmaqla ümumilikdə 22 etirazçı “intihar və ya şübhəli ölüm” nəticəsində dünyasını dəyişib.

Avaz.Biz xəbər verir ki, İran İnsan Haqları Təşkilatı Məhsa Əmininin vəfatının ildönümü ərəfəsində “Qadın, Həyat, Azadlıq” etirazlarının qurbanları ilə bağlı hökumət tərəfindən qərəzsiz araşdırma aparılmasının qarşısının alındığını bildirərək, “şübhəli şəkildə və etirazlarla əlaqəli öldürülən” 22 etirazçının adlarını və fotolarını dərc edib. “Bu etirazlar zamanı 68 uşaq və 49 qadın olmaqla azı 551 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Ən çox ölüm müvafiq olaraq Sistan və Bəlucistan, Tehran, Kürdüstan, Qərbi Azərbaycan və Mazandaran əyalətlərində qeydə alınıb. Həlak olanların əksəriyyəti odlu silah və ya dəyənəklə öldürülüb. İranın rəsmi qurumları isə bu etirazçıların öldürülməsini danmaq və ya onların ölüm xəbərlərini yalan məlumatla təhrif etmək üçün hər cür səy göstərib”, - hesabatda deyilir. Son həftələr İranın müxtəlif səviyyələrdəki bir çox rəsmisi və siyasətçisi, təhlükəsizlik və hüquq-mühafizə orqanları Məhsa Əmininin vəfatının və “Qadın, Həyat, Azadlıq” etirazlarının başlamasının ildönümü ilə bağlı etirazların yenidən alovlanacağı ehtimalından narahatlığını açıq şəkildə dilə gətirib. Ekspertlər Məclisinin üzvü Əhməd Hatəmi də daxil olmaqla, bir qism hökumət rəsmisi küçə etirazlarının yenidən şiddətlənəcəyi təqdirdə etirazların “yatırılacağı” və etirazçıların “döyüləcəyi” barədə xəbərdarlıq edib. Avaz.Biz