AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Brüssel MAQATE müfəttişlərinin lisenziyasının ləğvindən narahatdır

16:55, 18 Sentyabr 2023 👁 Oxunub: 19

Avropa İttifaqı MAQATE-nin bir sıra “təcrübəli” müfəttişlərinin İrandakı fəaliyyət icazəsini Tehranın ləğv etmək qərarından “son dərəcə” narahat olduğunu bildirib.

Avaz.Biz xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Siyasət Ofisinin sözçüsü Peter Stano bəyanat yayaraq, Tehranı “öz qərarını dərhal yenidən nəzərdən keçirməyə” çağırıb. “MAQATE müfəttişlərinin icazəsinin ləğvi bu beynəlxalq nəzarət orqanının İranın nüvə proqramının yoxlanılması, o cümlədən JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) monitorinqi ilə bağlı fəaliyyətləri həyata keçirmək qabiliyyətinə birbaşa və ciddi təsir göstərəcək”, - Stano deyib. Bundan əvvəl MAQATE-nin baş direktoru qurumun bir sıra “təcrübəli müfəttişlərinin” İranın nüvə proqramını yoxlamaq üçün lisenziyasının Tehran tərəfindən ləğv olunduğunu bəyan etmişdi. Həmin bəyanatdan cəmi bir saat sonra isə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir sıra müfəttişin lisenziyasının ləğvini təsdiqləyərək, İranın bu hərəkətini MAQATE-nin Rəhbərlər Şurasında Aİ və ABŞ hökumətin İrana qarşı qətnamə qəbul etmək səylərinə qarşı reaksiya adlandırıb. Avaz.Biz