AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda ümummilli etirazların ildönümündə azı 270 nəfər həbs olunub

17:20, 18 Sentyabr 2023 👁 Oxunub: 17

Məhsa Əmininin vəfatının ildönümündə Tehran da daxil olmaqla müxtəlif şəhərlərdə ən azı 270 nəfərin həbs edildiyi bildirilir.

Avaz.Biz “Şərq” qəzetinin rəsmilərinin açıqlamalarına istinadən xəbər verir ki, qeyri-rəsmi statistiik rəqəmlər həbs olunanların sayının açıqlanandan daha çox olduğunu göstərir. “Həbs edilənlərin sayının açıqlanmadığı əyalətlər arasında Tehran istisna olmaqla, birinci yerdə 137 nəfərlə Qərbi Azərbaycan, ikinci yerdə isə 97 nəfərin həbs edildiyi İsfahan əyaləti gəlir. Həmçinin Fars vilayətində bir qrup etirazçı SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən müxtəlif ittihamlar əsasında həbs olunub. Sentyabrın 16-da Tehranda səpələnmiş etiraz aksiyaları keçirilib, lakin indiyədək heç bir rəsmi orqan saxlanılanların sayı barədə məlumat verməyib. Halbuki Tehranın Əfsəriyyə bölgəsindəki polis qərargahı qarşısında həbs edilən etirazçıların xeyli sayda ailə üzvləri toplaşıb”, - məlumatda deyilir. İranın ədliyyə orqanlarının rəsmiləri indiyədək Məhsa Əmininin vəfatının ildönümü ilə bağlı həbs edilənlər və onların işinin təfərrüatı barədə açıqlama verməyiblər. Avaz.Biz