AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran XİN: “Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına ümid edirik”

17:40, 18 Sentyabr 2023 👁 Oxunub: 18

“Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa olunacağına ümid edirik”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik brifinqdə deyib. O, ötən aylar ərzində İran və Azərbaycan arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə toxunaraq danışıqların ümidverici olduğunu qeyd edib: “İran və Azərbaycan arasında aparılan danışıqlar prosesi, iki ölkənin məhkəmə-ədliyyə və iqtisadi sahələrdə danışıqları ümidverici olub”, - deyə Kənani əlavə edib. Avaz.Biz