AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Netanyahu: "Etirazçılar İranın müttəfiqləridir"

18:23, 18 Sentyabr 2023 👁 Oxunub: 19

İsrailin baş naziri Benyamin Netanyahu sağçı hökumətin məhkəmə islahatları planına qarşı çıxanları tənqid edərək, onları Fələstin Azadlıq Təşkilatının və İranın müttəfiqləri adlandırıb.

Avaz.Biz “Alman” agentliyinin məlumatına istinadən xəbər verir ki, Benyamin Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfərdən əvvəl İsrailə qarşı nümayişləri Fələstin Azadlıq Təşkilatı, İran və digərləri ilə müttəfiq olanların həyata keçirdiyini deyib. Onun açıqlaması hökumətin müxalifət partiyaları və bu ölkədə keçirilən etiraz aksiyalarının təşkilatçıları tərəfindən sərt tənqid edilib. Benyamin Netanyahunun sözçüsü tənqidlərə cavab olaraq, baş nazirin, əslində, nəyi nəzərdə tutduğunu açıqlayıb. “Baş nazir demək istəyirdi ki, ölkəni təmsil edən zaman müxalifət ona qarşı nümayiş keçirməsin”, - Netanyahunun sözçüsü izahat verib. Avaz.Biz