Avaz.Biz xəbər verir ki, Sərvinaz Əhmədi məktubunda həyat yoldaşı Kamiyar Fəkurun həbs cəzasına toxunaraq, Məhsa Əminin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı həbs olunduqlarını yazıb.
Kamiyar Fəkur və Sərvinaz Əhmədi “sistemə və cəmiyyətə qarşı təbliğat aparmaq və sövdələşmə” ittihamı ilə müvafiq qaydada 2 il 8 ay və 3,5 il həbs cəzasına məhkum ediliblər.
Xanım Əhmədinin dediyinə görə, sentyabrın 3-də Kamiyar Fəkur və digər 12 məhbus Qızılhisar həbsxanasına deportasiya edilib. Beləliklə, onlar üç həftədir ki, bir-biri ilə görüşə bilmirlər.
13 məhbus Qızılhisar zindanına köçürülmələrinə qarşı etiraz olaraq aksiyası keçirib və Sərvinaz Əhmədi də bu aksiyaya qoşulacağını bildirib.
Avaz.Biz