Avaz.Biz xəbər verir ki, jurnalist Səidə Şəfii öz "İnstaqram" hesabında məhkəmənin qərarı barədə paylaşım edib.
“Bizim üçün toplaşmaq və sövdələşmə ittihamı ilə 3 il, 6 ay 1 gün, həbsxana sisteminə qarşı təbliğat ittihamı ilə isə 7 ay 16 gün həbs müddəti nəzərdə tutulub. Hökmdə təsdiqlənir ki, son amnistiya bizə şamil edilmir”, - Şəfii deyib.
Bu ilin yanvar ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş Səidə Şəfii fevralın 7-də məhkəmə prosesinin sonuna qədər 500 milyon tümən girov qarşılığında müvəqqəti qaydada həbsdən azad olunmuşdu.
Qadın hüquqları müdafiəçisi və jurnalist Nəsim Sultanbeygi də yanvar ayında xaricə səfər edərkən Tehranın Xomeyni Beynəlxalq Hava Limanında həbs olunub. Lakin fevralın 6-da o da məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq həbsdən azad edilib.
Avaz.Biz