AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın dondurulmuş aktivləri Qətərə köçürülüb

11:15, 19 Sentyabr 2023 👁 Oxunub: 17

Qətər Vaşinqton və Tehrana göndərdiyi mesajda İranın dondurulmuş 6 milyard dollarlıq aktivlərinin Dohadakı banklara köçürüldüyünü açıqlayıb.

Avaz.Biz bildirir ki, “Reuters” agentliyi adını açıqlamadığı mənbəyə istinadən belə məlumat yayıb. İrandakı mənbə Qətər Hava Yollarına məxsus təyyarənin 5 İran-Amerika vətəndaşını və onların iki ailə üzvünü Dohaya çatdırmaq üçün Tehranda hazır olduğunu söyləyib. İranın aktivlərinin Qətər banklarına köçürülməsi və İranda həbsdə olan iranlı-amerikalı məhbusların Dohaya təhvil verilməsi Vaşinqtonla Tehran arasındakı məhbus mübadiləsi sazişinin tərkib hissəsidir. İranın Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin, öz növbəsində, İranın Cənubi Koreyada bloklanmış pulların Qətər banklarındakı İran hesablarına köçürülməsini təsdiqləyib. “Dünən Qətər rəsmilərindən 6 İran bankının hesablarının aktivləşdirildiyini və bu gün Qətərin 2 bankından İran banklarının hesablarına 5 milyard 573 milyon 492 min avro ekvivalentin yatırıldığı barədə rəsmi məktub aldıq. Bundan əvvəl avqustun 10-da İranın Cənubi Koreya banklarında və “Bank Mellət”in Seul filialında saxlanılan bütün əlçatmaz resursları avroya çevrilmək üçün İsveçrə Mərkəzi Bankının hesabına köçürülüb”, - Məhəmməd Fərzin deyib. Avaz.Biz