AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Ermənistan parlamentinin binasını iranlılar təmir edir

13:00, 19 Sentyabr 2023 👁 Oxunub: 26

Ermənistan parlamentinin binasının təmiri və bərpasına iranlı mütəxəssislər cəlb olunub.

Avaz.Biz xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb. Parlamentin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Laura Antonyan “Joxovurd” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. O qeyd edib ki, “Arev, Luys, Cascade” ixtisaslaşmış lift şirkəti tenderdə qalib gəlib. Onlar parlamentdə liftlərin dəyişdirilməsi üçün ən aşağı qiymət təklif ediblər. "Bu şirkət həm də lift istehsalı ilə məşğuldur. Onların iki iranlı mütəxəssisi var ki, həmin şəxslər quraşdırma ilə bağlı problemlərin yaşanmaması üçün texniki işlərə cəlb olunublar. İki iranlıdan başqa təşkilatda altı erməni də var. Yəni liftlərin quraşdırılması ilə cəmi 8 nəfər məşğul olur”, - Antonyan nəşrə bildirib. Xatırladaq ki, qəzet bundan öncə yayboyu parlamentdə aktiv təmir işləri aparılması barədə məlumat yaymışdı. Qeyd edilirdi ki, açıq səma altında kafe üçün sahə hazırlanıb, komitə iclaslarının keçiriləcəyi otaqlar təmir olunub. İndi isə parlamentin liftlərinin dəyişdirilməsi qərarı verilib. Tural Tağıyev Avaz.Biz