Yaz mövsümünün sonunda İranın bir çox əyalətində “səfalət göstəricisi” artaraq, Luristan əyaləti də daxil olmaqla, təxminən 70%-ə çatıb.
Avaz.Biz İranın Statistika Mərkəzinin hesabatlarına istinadən xəbər verir ki, bu yaz bütün ölkədə səfalət indeksi 60,4% təşkil edib. Bu isə 2022-ci ilin qışı ilə müqayisədə ən azı 1,2 vahid artım deməkdir.
Luristan bölgəsi 69,5% yoxsulluq indeksi ilə İran əyalətlərində illik inflyasiya və işsizlik səviyyəsinin ən böyük göstəricisinə sahibdir.
Həmçinin illik inflyasiyanın 57,2% və işsizlik səviyyəsinin 11,9% olduğu Çaharmahal və Bəxtiyari əyalətində “səfalət göstəricisi” yaz mövsümünün sonunda 69,1%-ə çatıb ki, bu da ölkədə ikinci ən yüksək “səfalət göstəricisi”dir.
66% səfalət indeksi ilə bu ilin yaz mövsümünün sonunda illik 58,8% inflyasiya və 7,2% işsizlik nisbəti ilə üçüncü yerdə Yəzd vilayətidir.
İranlı ekspertlər səfalət indeksinin iqtisadiyyatda inflyasiyanın durğunluğunu ölçə biləcəyini vurğulayırlar. Bu indeksin qiymətləndirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, onun artımı “cinayətkarlıq nisbəti” və hətta “intihar statistikası” ilə birbaşa əlaqəlidir.
Avaz.Biz