Avaz.Biz xəbər verir ki, İran prezidenti Tehranla Vaşinqton arasında bəzi ölkələrin vasitəsilə danışıqların aparıldığını və əsirlərin mübadiləsinin də bunun nəticələrindən biri olduğunu qeyd edib.
Bir qrup Amerika xarici siyasət analitiki qarşısında çıxış edən Rəisi bu danışıqlarla bağlı əlavə açıqlama verməyib.
“Gözlənti budur ki, Amerika hökuməti sözdə öhdəliklərinə sadiq qaldığını desə, əməli ilə bağlılığını göstərəcək və etibarımızı qazana biləcək şey bu məcburedici davranışı dəyişdirmək və öhdəliklər əsasında hərəkət etməkdir”, - Rəisi deyib.
O öz çıxışında İranda qadınların vəziyyəti ilə bağlı suala cavab olaraq, "Əxlaq patrulu"nun nəzarətində olarkən vəfat edən 22 yaşlı Məhsa Əminiyə fiziki zərər verildiyini inkar edib.
“Keçən il bir qızın qəzaya uğraması hadisəsində bütün tibbi araşdırmalar onun polis tərəfindən vurulmadığını göstərdi”, - Rəisi deyib.
İbrahim Rəisinin BMT Baş Assambleyasında ikinci spiker kimi çərşənbə günü səhər növbəti çıxışı da planlaşdırılır.
Avaz.Biz