AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Azadlığa buraxılan Siyamək Namazinin İranla bağlı Baydendən tələbi

15:00, 19 Sentyabr 2023 👁 Oxunub: 19

Azadlığa çıxan 5 amerikalı məhbusdan biri olan Siyamək Namazi İran hökumətinin xarici vətəndaşları girov götürməsinin qarşısını almaq naminə ABŞ prezidentindən beynəlxalq səylərə başlamaq üçün digər dünya liderləri ilə əlaqə saxlamağı xahiş edib.

Avaz.Biz xəbər verir ki, 51 yaşlı iranəsilli amerikalı Namazi məhbusları daşıyan Qətər təyyarəsi Dohaya enərkən belə bəyanatla çıxış edib. “Son 44 il ərzində İran rejimi günahsız amerikalıları və digər xarici vətəndaşları həbs və onların azadlığı ilə ticarət etmək kimi çirkin oyuna yiyələnib. Cənab Bayden, mən azadlığın ilk nəfəsini alarkən siz BMT-də dünya liderləri ilə söhbət edəcəksiniz. Girov götürməni prioritet hesab edərək, sizi bu oyunu dəyişdirmək üçün qlobal səy göstərməyə çağırıram”, - Namazi deyib. Onun sözlərinə görə, yalnız azad dünya, nəhayət, insan həyatından sadəcə bir rıçaq kimi istifadə edənlərə ağır nəticələr verməyə razılaşarsa, İran rejimi və onun kimilər fərqli seçimlərə getmək məcburiyyətində qalacaq. Avaz.Biz