Avaz.Biz Mustafa Nilinin öz "X" hesabında paylaşdığı məlumata istinadən xəbər verir ki, Yərrahi “sistemə qarşı təbliğat fəaliyyəti, insanları fəsada sövq etmək, ictimai iffət və əxlaq əleyhinə məzmun yaratmaq və dərc etmək, kompüter sistemləri vasitəsilə insanları iffətə qarşı cinayətlərə sövq və təhrik etməkdə” ittiham olunub.
Vəkilin sözlərinə görə, o və müvəkkili İnqilab Məhkəməsinin 26-cı şöbəsinin təyinatını gözləyirlər.
Mehdi Yərrahi “Rusərito dər biyar ("Sənin hicabın")” mahnısı yayımlandıqdan sonra həbs edilib. O vaxtdan bəri ona xüsusilə müğənnilər, digər sənətçilər, mədəni və siyasi xadimlər, hətta həbsdə olan fəallar tərəfindən dəstək dalğası başlayıb.
Avaz.Biz