Avaz.Biz bildirir ki, məhbusun bacısı Naomi Kohler Fransanın məşhur “AFP” agentliyinə müsahibəsində belə açıqlama verib.
“Bacımla pərakəndə şəkildə əlaqə saxlaya bilirik. Sesil haqqında məlumatımız azdır. Təqribən beş-altı həftədə bir zəng edirik. Zəng keyfiyyəti yaxşı deyil və qısadır. O, müşahidə altında danışır”, - Naomi deyib.
Sesil Kohlerin ailəsi onun günahsızlığını vurğulayaraq, azadlığa buraxılmasını tələb edib. Onun İranda həbsindən 500 gün keçib. Fransız müəllimə Sesil Kohler və onun əri Jak Pari 2022-ci ilin mayında İranda “casusluq” ittihamı ilə həbs ediliblər. İranın məhkəmə sistemi keçən həftə bu iki Fransa vətəndaşının işi üzrə istintaq prosesinin başa çatdığını açıqlayıb.
Sesil Kohler və Jak Pari kimi daha iki Fransa vətəndaşı İranda həbsdədir. Onlardan birinin Luis Arno adlı şəxs olduğu və ötən il sentyabrın 28-də İranda həbs edildiyi bildirilir. Digər fransız məhbusun kimliyi hələ də açıqlanmayıb.
Bir neçə həftə əvvəl Fransa prezidenti Emmanuel Makron ölkəsinin səfirləri qarşısında çıxışı zamanı
“heç nə Fransa vətəndaşlarının İranda qəbuledilməz şəraitdə saxlanmasına haqq qazandırmır” bildirib.
Avaz.Biz