AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Tehran və Ankara 6 məhbusun mübadiləsini aparıb

18:20, 19 Sentyabr 2023 👁 Oxunub: 19

İran və Türkiyə arasında 6 iranlı və türkiyəli məhbusun mübadiləsi həyata keçirilib.

Avaz.Biz xəbər verir ki, İranın Ədliyyə Nazirliyinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Cəlaliyan belə məlumat açıqlayıb. İranlı məmur iki ölkənin məhkumların təhvil verilməsi komitəsinin bu yaxınlarda Ankarada keçirilən iclasında bu məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını vurğulayıb. “Üç İran və üç Türkiyə vətəndaşının mübadiləsi İranın Ədliyyə Nazirliyinin nümayəndə heyətinin Ankaraya son səfərinin və Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri ilə aparılan məsləhətləşmələrin nəticəsidir. Məhbusların təhvil verilməsi, şərtlər təmin edilərsə, ölkəmizdə həbsdə olan əcnəbilərin öz ölkələrinə köçürülməsi üçün insan haqları ilə bağlı müqavilələri həyata keçirməyə çalışırıq və bunun müqabilində müqavilələrin tərəflərindən eyni gözləntimiz var”, - Əsgər Cəlaliyan deyib. Türkiyədə iranlı məhbusların sayının getdikcə artdığını deyən iranlı məmur bunun əsas səbəbini Türkiyədə bir sıra cinayətlərə, xüsusilə də narkotik maddələrə görə çox ağır cəzaların nəzərdə tutulması ilə izah edib. Bu baxımdan da, Cəlaliyan İran vətəndaşlarına getdikləri ölkələrdəki qanunlar və məhdudiyyətlərlə əvvəlcədən yaxından tanış olmaqlarının tövsiyə edildiyini bildirib. Avaz.Biz