Avaz.Biz xəbər verir ki, İranın dövlət media-resursları, SEPAH-a, İranın kəşfiyyat və təhlükəsizlik qurumlarına yaxın saytlar Qaaninin səngərdə iştirakını, uzaqdan müşahidə kamerasının arxasından baxışını və suriyalı əsgərləri qucaqlaması da daxil olmaqla, bu “ziyarət”in görüntülərini dərc edib.
İran-Suriya birgə hərbi manevrində iştirak edən İsmayıl Qaani, Suriyanın hərbi və təhlükəsizlik problemləri ilə birgə qarşıdurma çərçivəsində bu ölkənin həssas bölgələrini və istiqamətlərini nəzərdən keçirib. Qüds qüvvələrinin komandiri İranın Suriya xalqının və rəhbərliyinin yanında olacağını da vurğulayıb.
Avaz.Biz