AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” 

10:20, 23 Sentyabr 2023 👁 Oxunub: 22

Güney azərbaycanlı fəal və rəqs müəllimi Peyman İbrahiminin ailəsi onun vəziyyəti ilə bağlı məhkəmə orqanlarından heç bir məlumat ala bilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı fəalın bacısı Həcər İbrahimiyə istinadla xəbər verib. Onun sözlərinə görə, Peymanın həbsindən 25 gün keçsə də, barəsində hələ də heç bir məlumatları yoxdur. “Anam və digər ailə üzvlərimiz Təbriz şəhərinin ədliyyə və prokurorluq orqanlarına qardaşımın məhkəmə prosesini izləmək üçün saysız müraciətlər ediblər, lakin hələ ki hər hansı bir nəticə yoxdur”, - deyə o bildirib. Avaz.Biz