AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Netanyahu: İran “etibarlı hərbi təhlükə” ilə üzləşməlidir

14:27, 23 Sentyabr 2023 👁 Oxunub: 109

İranın nüvə silahı istehsalını dayandırması üçün onun “etibarlı hərbi təhlükə” ilə üzləşməsi lazımdır.

Avaz.Biz xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İranın nüvə silahına yiyələnməsinə qarşı aparılan siyasətə yenidən baxılmalı olduğunu vurğulayıb. “İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlimdən gələni edəcəyəm. İranın aqressiv mövqeyi geniş şəkildə beynəlxalq ictimaiyyətin biganəliyi ilə üzləşib. Səkkiz il əvvəl Qərb dövlətləri söz vermişdilər ki, İran JCPOA-nı pozarsa, sanksiyalar geri qayıdacaq. İran hazırda nüvə sazişini pozur, lakin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün tətbiq edilən sanksiyalar geri qayıtmayıb. Bu siyasət dəyişdirilməlidir”, - Netanyahu deyib. Avaz.Biz