Güneyli rejissor beynəlxalq festivalda mükafatlandırılıb
16:23,
31 Oktyabr 2023
👁 Oxunub: 15
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan rejissor Ərturan Nəcəfinin “Novruznamə” qısametrajlı filmi 8-ci Beynəlxalq Türk Dünyası Festivalının “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalibi olub.
Avaz.Biz xəbər verir ki, bu il Türkiyənin paytaxtı Ankarada keçirilən festivalın məqsədi türk dünyasının ortaq mədəni dəyərlərini və tarixini tanıtmaqdan ibarətdir.
Qeyd edək ki, bir neçə il əvvəl Ərturan Nəcəfinin “Sous” filmi Rusiyada keçirilən 13-cü Kazan Beynəlxalq Film Festivalının “Ən yaxşı qısametrajlı bədii film” mükafatını qazanıb.
Avaz.Biz