AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Azərbaycan dilində yazılan iki roman İranda mükafat qazanıb

17:10, 04 Noyabr 2023 👁 Oxunub: 24

Tehranda keçirilən "Mehrqan" ədəbi festivalının mükafatlandırma mərasimində Azərbaycan dilində yazılan iki əsər qalib seçilib.

Avaz.Biz “Güney Azfront” telegram kanalının yaydığı məlumata istinadən xəbər verir ki, Ruqiyə Kəbirinin “Mor ağacının qəribə gözləri” və Səməd Rəhmani Xiavinin “Sevməyə vaxt yoxdur” romanları Ana Dili Savadlılığı üzrə "Mehrqan" mükafatının ikinci və üçüncü dövrləri üçün finala yüksəlib. Hər iki roman Azərbaycan dilində yazılıb. Festivalın mükafatlandırma mərasimində yazıçı Ruqiyə Kəbiri də Azərbaycan dilində çıxış edib. "Mehrqan" mükafatının ötən il keçirilməsi nəzərdə tutulan 21-ci və 22-ci mükafatlandırma mərasimi ötənilki etiraz aksiyaları ilə üst-üstə düşdüyündən bu ilə təxirə salınmışdı. Avaz.Biz