Avaz.Biz “Microsoft” şirkətinin təhdidlərin təhlili mərkəzinin yeni hesabatına istinadən xəbər verir ki, adıçəkilən ölkələr seçkilər başlamazdan əvvəl öz təsir və müdaxilə səylərini həyata keçirə bilər. Bu üç ölkənin dünyanın digər yerlərində keçiriləcək həlledici seçkilərə də müdaxiləsi mümkün sayılır.
Hesabata görə, indiki və ya potensial regional münaqişələrin mərkəzində olan bu ölkələr gələn il Amerikada keçiriləcək prezident seçkilərinin nəticələrini öz xeyrinə formalaşdırmağa çalışır. Amma
məhz Rusiya bu hadisəyə təsir etmək üçün ən mümkün və eyni zamanda, ən bacarıqlı variant hesab olunur.
İki ildən çoxdur ki, Ağ Ev Moskvanın ABŞ-də keçirilən prezident seçkilərinə müdaxiləsi iddiası ilə Rusiyanın 32 hüquqi və fiziki şəxslərinə qarşı Vaşinqtonun sanksiyalar tətbiq etdiyini açıqlayıb. O vaxt Vaşinqton 10 rus diplomatını da ölkədən çıxarıb.
“Microsoft” analitiklərinin fikrincə, 2024-cü ildə ABŞ-də prezident seçkilərinin bir neçə avtoritar rejimin eyni vaxtda müdaxilə etməyə və seçkinin nəticələrinə təsir göstərməyə çalışdığı ilk seçki ola bilər. Həm də gələnilki seçkilərə təsirin, çox güman ki, 2016 və 2020-ci illərdə nəzərdə tutulanlardan fərqli platformalarda aparılacağı bildirilir.
Hesabatda
Amerikanın sosial media ekosisteminin əvvəlki illərə nisbətən çox daha vizual hala gəldiyi, buna görə də sosial şəbəkələrin əsas alətləri kimi şəkillər, animasiyalar, videolar, podkastlar və "influencer"lərdən (təsir mexanizmlərindən) istifadə imkanlarının sadəcə mətn yazıları və ya botlardan daha çox olacağı vurğulanır.
Digər tərəfdən, İranın da 2024-cü il Amerika seçkilərinin son mərhələlərində öz pozucu rolunu daha məqsədyönlü şəkildə həyata keçirəcəyi bildirilir. Tehranın gələn il ABŞ-də keçiriləcək prezident seçkilərinə müdaxilədə maraqlı olduğuna dair heç bir dəlil olmasa da, hesabatın müəllifləri Yaxın Şərqdəki gərginliyə görə bunun dəyişəcəyini proqnozlaşdırırlar.
Avaz.Biz