AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

The Sun: Sunak Britaniya qanunlarının sərtləşdirilməsini planlaşdırır

14:23, 13 Noyabr 2023 👁 Oxunub: 13

Vətəndaşların kütləvi şəkildə Fələstinyönümlü mitinqlərə çıxmasından narazı olan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkə qanunvericiliyini sərtləşdirməyə hazırlaşır.

Avaz.Biz “The Sun” qəzetinə istinadən xəbər verir ki, Britaniya hakimiyyəti nümayişlər zamanı bəzi hərəkətlərə qadağa qoymaq istəyir. Beləliklə, mitinq iştirakçıları avtobus dayanacaqlarında olmaq imkanından məhrum edilə bilərlər. Bundan əlavə, rəsmi London aksiyalarda tüstü bombalarından və digər pirotexniki vasitələrdən istifadəni qadağan etmək niyyətindədir. Qəzetin yazdığına görə, Böyük Britaniya terrorizmə bəraət qazandıran qanuna da düzəliş etməyi planlaşdırır, çünki bu qanunda hazırda bir çox qeyri-müəyyən ifadə var. Ötən şənbə günü britaniyalılar Qəzzada gedən döyüşlərə qarşı böyük mitinq keçiriblər. Londonda həmin etiraz aksiyasına 300 mindən çox Britaniya vətəndaşı qatılıb. Polis 90-dan çox fəalı həbs edib. Qeyd edək ki, Vaşinqtonda Ağ Evin yaxınlığında noyabrın 4-də baş tutan Fələstinə dəstək dəstək nümayişində də təxminən 300 minə yaxın amerikalı iştirak edib. Avaz.Biz