Avaz.Biz xəbər verir ki, “Global News” nəşri öz yeni hesabatında belə məlumat yayıb.
“İran rejiminin cani və quldurlarının Kanadada mövcudluğu, terror fəaliyyəti ilə əlaqəli olmaları fikri belə dəhşətlidir. Bu şəxslər ölkədə kanadalı yəhudiləri və iranlıları hədələyir, oğurladıqları pulları xərcləyir və təqib olunmadan fəaliyyətlərini davam etdirirlər”, - Pualevr deyib.
Siyasətçinin bəyanatı “Global News”un başqa bir hesabatında İrana bağlı qurumların təsir gücü və Kanadada Tehran rejiminin əleyhdarlarına qarşı təhdid fəaliyyətini üzə çıxarmasından sonraya təsadüf edir.
Bundan başqa, Pualevr FTB-nin iranlı insan haqları müdafiəçisi və müxalif fəal Məsih Əlinejada Kanadaya getməməyi tövsiyə etməsinə də toxunub.
“Bu fəala Kanadaya getməmək tövsiyəsi bizi şoka salıb. Kimin ağlına gələrdi ki, bir gün müttəfiqlərimiz Kanadanı “həddən artıq təhlükəli yer” elan edəcəklər?”, - müxalifət lideri deyib.
Avaz.Biz