AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İsrail mediası: İranlı Bakıdakı səfirliyimizə hücuma cəhd edib

16:02, 17 Noyabr 2023 👁 Oxunub: 28

Bakıda İsrail səfirliyinə terror hücumuna cəhdin qarşısı alınıb.

Avaz.Biz xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat verib. Məlumatda səfirliyə daxil olmağa cəhd edən iranəsilli şəxsin silahlı olduğu deyilir: "Bir neçə saat əvvəl Azərbaycan mətbuatı Bakıda diplomatik nümayəndəliklərdən birində terror aktının qarşısının alınması barədə məlumat yayıb, lakin hadisənin konkret yeri göstərilməyib. Qeyd edilir ki, cinayətkar terror aktı törətmək üçün diplomatik korpusa soxulmağa cəhd edərkən Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib". "Hayom" isə yazır: "Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi bəyan edib ki, İsrail vətəndaşlarına və diplomatlarına qarşı heç bir hücuma imkan verməyəcəyik". Qeyd edək ki, bu, həftə ərzində İsrailin xaricdəki səfirliyi ilə bağlı ikinci təhlükəsizlik vəziyyətidir. İsrailin Tokiodakı səfirliyinin girişi yaxınlığında da 50 yaşlı kişi hadisə yerində saxlanılıb. Avaz.Biz