AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın şimalında baş verən daşqınlarda insan tələfatı olub - VİDEO

14:37, 18 Noyabr 2023 👁 Oxunub: 23

Cümə günü axşam saatlarında İranın Mazandaran vilayətinin bəzi ərazilərində yağan leysan Talar çayının daşmasına səbəb olub.

Avaz.Biz Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudiyə istinadən xəbər verir ki, Behşəhr şəhərində daşqın nəticəsində bir nəfər ölüb, Nur və Çəmistan şəhərlərində isə iki nəfər itkin düşüb. Mazandaran Böhran İdarəetmə Şöbəsinin müdiri Hüseyn Əli Məhəmmədi iki nəfərin itkin düşməsi faktini təsdiqləyib. Nur şəhərində su altında qalan beş avtomobilin xilası zamanı iki sərnişinin (ana və uşaq) olduğu “Peykan” markalı avtomobilin qalıqları tapılsa da, sərnişinlərin taleyi barədə məlumat yoxdur. Avaz.Biz