AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

11:00, 19 Noyabr 2023 👁 Oxunub: 26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər. Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin bölgədə sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Avaz.Biz