Avaz.Biz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə noyabrın 19-da baş tutduğunu bildirilib.
Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan Fələstin və İsrail arasında atəşkəs və əhaliyə yardımın vacibliyinə işarə ediblər.
"Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub", - deyə nazirlik qeyd edib.
Həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq gündəmdə olan bir sıra digər aktual məsələlərə də toxunulub.
Avaz.Biz