AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Rusiya iki gün ərzində İran PUA-ları ilə Ukraynaya hücum edib

13:18, 20 Noyabr 2023 👁 Oxunub: 8

Rusiya ardıcıl iki gecə İran istehsalı olan kamikadze təyyarələrlə Ukraynanın paytaxtı Kiyev şəhərinə hücum edib.

Avaz.Biz Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) rəsmilərinin məlumatına istinadən xəbər verir ki, Ukraynanın Kiyev, Poltava və Çerkassı vilayətləri üzərində 15-20 “Şahid” PUA-sı vurulub. Həmçinin şənbə günü Rusiya İran istehsalı olan 38 kamikadze təyyarəsi ilə Ukrayna ərazisinə hücum edib ki, Ukrayna müdafiəsi onlardan 29-nu vura bilib. Ukrayna ordusunun sözçüsü Rusiya PUA-larının bir neçə həftəlik fasilədən sonra yenidən hücuma başlayaraq bazar günü Kiyevin müxtəlif istiqamətlərdən qrup şəklində dron hücumları etdiyini deyib. 2022-ci ilin oktyabrından bəri Moskva Ukraynanın müxtəlif regionlarına, enerji, hərbi və nəqliyyat infrastrukturuna raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib. Avaz.Biz