AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

“21 Azər” Hərəkatının ildönümü keçiriləcək

14:00, 20 Noyabr 2023 👁 Oxunub: 108

Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci ildə İranda başlanmış “21 Azər” Hərəkatının ildönümü keçiriləcək.

Avaz.Biz “Güney Azfront” teleqram kanalına istinadən xəbər verir ki, bir çox güneyli azərbaycanlılnın təşəbbüsü ilə hərəkatın 78-ci ildönümü dekabrın 16-da İsveçin paytaxtı Stokholm şəhərində qeyd olunacaq. Tədbirdə Azərbaycandan professor Rafael Hüseynov və Ankaranın Qazi Universitetinin müəllimi professor Tufan Gündüz çıxış edəcəklər. Fars şovinizminin panfarsist siyasətindən qurtulmaq yönündə “21 Azər” Hərəkatının apardığı mübarizə çərçivəsində Azərbaycan Demokrat Firqəsi Təbrizdə Güney Azərbaycan Muxtar Respublikası qurmuşdu. Lakin Rusiya və İranın, habelə dünyanın digər güc mərkəzlərinin pərdəarxası sövdləşməsi nəticəsində həmin respublikanın ömrü təxminən 1 il davam edib. Avaz.Biz