AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Abdullahiyan: ABŞ-nin Aralıq dənizindəki gəmiləri hücumlar üçün hədəfdir

14:43, 20 Noyabr 2023 👁 Oxunub: 11

"Hərbi rəsmilərimiz bu fikirdədirlər ki, Amerika təyyarə daşıyıcılarının regionumuzun yaxınlığında yerləşdirilməsi Birləşmiş Ştatların gücü deyil, əksinə, onu mümkün zərbələr üçün açıq hədəfə çevirir".

Avaz.Biz xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Financial Times” nəşrinə müsahibəsində “Hizbullah”ın İsrailə qarşı hərtərəfli hücuma keçəcəyi təqdirdə ABŞ-nin İranı vura biləcəyi ilə hədələməsinə diqqət çəkib. Halbuki İsrailə kütləvi dəstək göstərərək Qəzzada müharibəni qızışdıran Vaşinqton Tehranı “təmkinli olmağa” dəvət edib. Bu baxımdan, Abdullahiyan ABŞ-ni ikiüzlülükdə günahlandırıb. Onun sözlərinə görə, ABŞ-nin “Hizbullah”ı eyni şəkildə təmkinli olmağa çağıran mesajları “müqavimət qrupunu qərar verərkən ehtiyatlı olmağa məcbur edə bilməz”. Noyabrın 5-də Vaşinqton Yaxın Şərqə “F-16” qırıcı-bombardmançı təyyarələrdən ibarət eskadrilya və Aralıq dənizinin şərq hissəsinə 2 təyyarə daşıyan zərbə qrupu göndərib. Ağ Ev Administrasiyası Tehrana və regiondakı iranpərəst qruplara İsrailə qarşı təcavüz cəhdlərinə qarşı xəbərdarlıq edib. Noyabrın 14-də isə Yəmən husilərinin hərbi-siyasi təşkilatının lideri İsrail bayrağı altında Qırmızı dəniz və Babül-Məndəb boğazından keçən istənilən gəmini vurmaqla hədələyib. Avaz.Biz