Avaz.Biz “Güney Azfront” teleqram kanalına istinadən xəbər verir ki, tarixi ev 2004-cü ildə İranın Tarixi Abidələrin Qeydiyyat İdarəsi mütəxəssislərinin razılığı ilə ölkənin milli abidələri siyahısına salınsa da, təmiri, bərpası və mühafizəsi üçün vəsait ayrılmadığına görə dağılmaq üzrədir.
Tarixi bina Şeyx Səfiyyədin Ərdəbili məqbərəsinin xidmətçisinə məxsus olduğu üçün “Xadimbaşı” adlanıb.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb. İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri isə tarixi abidələrin bərpası və mühafizəsi üçün mərkəzdən lazımi vəsait ayrılmadığını iddia edir.
Avaz.Biz