AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın Vaşinqtona cavabı: Azərbaycanla münasibətlərimizin sizə dəxli yoxdur

15:38, 20 Noyabr 2023 👁 Oxunub: 20

"Amerikalılar onlara dəxli olmayan məsələlərə qarışırlar".

Avaz.Biz “Təsnim” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O'Braynın Azərbaycandan Naxçıvana dəhliz yaradılmasında İranın iştirakı ilə bağlı səsləndirdiyi tənqidi şərhə belə münasibət bildirib. “Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur”, - Kənani deyib. İranlı məmur amerikalıları bölgənin daxili işlərinə müdaxiləni dayandırmağa və keçmiş təcrübədən nəticə çıxarmağa çağırıb. Avaz.Biz