Avaz.Biz “Təsnim” agentliyinin yaydığı məlumata istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani belə açıqlama verib.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin Qırmızı dənizdə “Galaxy Leader” gəmisinin qaçırılmasında İranın əli olması ilə bağlı ittihamlarını rədd edərək, bu cür ittihamların əsassız olduğunu vurğulayıb.
Xatırladaq ki, Baham adaları bayrağı altında üzən, israilli sahibkar Rami Ungerə məxsus “Galaxy Leader” gəmisi Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilərək, Yəmənin qərbindəki Hüdeydə əyalətindəki limana aparılıb. Gəmidə 22 ekipaj üzvü olub.
Avaz.Biz