AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"Taliban" İran yaxınlığındakı Nimroz əyalətində yeni bənd tikir

16:26, 20 Noyabr 2023 👁 Oxunub: 11

"Taliban" liderinin “fövqəladə əmri” əsasında İran sərhədinə yaxın Nimroz vilayətinin Xaşrud şəhərində su bəndinin inşa olunması planlaşdırılır.

Avaz.Biz “Güney Azfront” teleqram kanalına istinadən xəbər verir ki, hündürlüyü təqribən 50 metr bənddə 6 milyon kubmetrə yaxın su tutan anbar tikiləcək. Bəndin inşası başa çatdıqdan sonra Gülüstan vilayətinin şəhərlərində 8000 hektardan çox kənd təsərrüfatı sahəsi yaradılacaq. Avaz.Biz